SON DƏQİQƏ
» » Leysan yağışlarda ölənlərin sayı durmadan artır

Leysan yağışlarda ölənlərin sayı durmadan artır

Tarix:

14-07-2018, 20:10

/ 10 270 dəfə oxundu.
Leysan yağışlarda ölənlərin sayı durmadan artır

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı durmadan artır. 

GunAz.az xəbər verir ki, daşqın nəticəsində ölkəyə ciddi ziyan dəyib.

Leysan və daşqın nəticəsində ən azı 209 nəfər dünyasını dəyişib. Daha bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Təbii fəlakət nəticəsində 20 nəfər itkin düşüb. Daha 28 nəfərin isə hələlik yerini müəyyən etmək mümkün olmayıb.

Baş verən fəlakətin nəticələrini aradan qaldırmaq üçün 63 min polis, xilasedici və yanğınsöndürən cəlb olunub. Xilasetmə əməliyyatında eyni zamanda 80 helikopterdən istifadə olunur.

Bəzi ərazilərdə torpaq sürüşməsi təhlükəsi yaranıb. İsti hava şəraiti vəziyyəti daha da ağırlaşdırır. 35 dərəcə isti kənd təsərrüfatına böyük ziyan vurub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ