SON DƏQİQƏ
» » Gəncə hadisələrinə görə daha 3 nəfər həbs edildi

Gəncə hadisələrinə görə daha 3 nəfər həbs edildi

Tarix:

14-07-2018, 15:19

/ 10 329 dəfə oxundu.
Gəncə hadisələrinə görə daha 3 nəfər həbs edildi

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib. 

GunAz.az APA-ya istinadən xəbər verir ki, Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. 

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanmışdır.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar. 

İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ