SON DƏQİQƏ

Zabratda avtomobil oğrusu tutulub

Tarix:

13-07-2018, 17:16

/ 10 322 dəfə oxundu.
Zabratda avtomobil oğrusu tutulub

İyulun 12-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Mahrızlı kəndinin ərazisində Ə.Abbasovun avtomobilindən oğurluğa cəhd göstərməkdə, V.Məmmədlinin və R.Əhmədovun avtomobillərindən isə pul və mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ağəli Salahov saxlanılıb. Onun həmin gün V.Məmmədlinin “Mercedes” markalı avtomobilini qaçırmağa cəhd göstərdiyi də müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ