SON DƏQİQƏ
» » Bakıda “Təcili yardım” maşını qəzaya düşdü

Bakıda “Təcili yardım” maşını qəzaya düşdü

Tarix:

10-07-2018, 18:37

/ 10 331 dəfə oxundu.
Bakıda “Təcili yardım” maşını qəzaya düşdü

Bakı şəhərində “Təcili yardım” maşını qəzaya düşüb.

GunAz.az Report.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı “Təcili yardım” maşını ilə “Daewoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daewoo”nun sərnişini, BƏƏ vətəndaşı, 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ