SON DƏQİQƏ
» » Azərbaycan dünyanın ən təhlükəsiz 25-ci ölkəsi

Azərbaycan dünyanın ən təhlükəsiz 25-ci ölkəsi

Tarix:

5-07-2018, 23:48

/ 10 264 dəfə oxundu.
Azərbaycan dünyanın ən təhlükəsiz 25-ci ölkəsi

Azərbaycan Amerikanın ictimai rəy institutu olan "Qallup"un versiyasına görə, 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb. 

GunAz.az “Report”a istinadən xəbər verir ki, sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib.

Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17, Ermənistan 69, Türkiyə 72, Rusiya isə 98-ci yeri tutub.

Sorğu zamanı sakinlərə gecələr şəhərdə tək gəzməyin mümkünlüyü, polisin işindən razılıq və son 12 ay ərzində onlara qarşı hücum və ya qarət aktının qeydə alınıb-alınmaması ilə bağlı sullar ünvanlanıb.

Sorğunun yekununda reytinq tərtib olunub və ona Sinqapur liderlik edib. Siyahıda ikinci yeri Norveç, İslandiya və Finlandiya bölüşüb.

İlk onluğa Özbəkistan, Honkonq, İsveçrə, Kanada, İndoneziya, Danimarka, Sloveniya, Lüksemburq, Avstriya, Çin və Niderland daxil olub.

скачать dle 12.1

Şərhlər