SON DƏQİQƏ

Sumqayıtda dənizdən hərbi sursat tapıldı

Tarix:

4-07-2018, 21:41

/ 10 261 dəfə oxundu.
Sumqayıtda dənizdən hərbi sursat tapıldı

İyulun 3-də saat 17:30-da Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan GunAz.az-a bildiriblər ki, məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və DİN-nin Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları həmin ərazidə dəniz sahilinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 14 ədəd top mərmisi (11 ədəd 85 millimetrlik O-365 və 3 ədəd 100 millimetrlik OF-415) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2 min kvadratmetr əraziyə (500 kvadratmetr yeraltı və 1 500 kvadratmetr yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən iyulun 3-dək ANAMA tərəfindən ümumilikdə 3558 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 99 min 735 kvadratmetr ərazi yoxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ