SON DƏQİQƏ

Bakı metrosunda ÖLÜM

Tarix:

29-06-2018, 10:30

/ 10 299 dəfə oxundu.
Bakı metrosunda ÖLÜM

Bu gün səhər saat 7-8 radələrində Bakı metrosunun "20 Yanvar" stansiyasında ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun GunAz.az-a verdiyi məlumata görə, hadisə stansiyanın II vestibülündə baş verib: "1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun səhhətində problem yaşanıb. Sərnişinin halı qəfildən pisləşib və o, yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağrılıb. Həkimlər gələnə qədər metropoliten əməkdaşları tərəfindən vətəndaşa ilkin yardım göstərilib. Vətəndaşın ürək-damar sistemi ilə bağlı problemləri olub. Təəssüf ki, təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər sərnişin dünyasını dəyişib".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ