SON DƏQİQƏ
» » Sirkdə qorxulu anlar - Straus tamaşaçılara hücum çəkdi - VİDEO

Sirkdə qorxulu anlar - Straus tamaşaçılara hücum çəkdi - VİDEO

Tarix:

26-06-2018, 21:32

/ 10 299 dəfə oxundu.
Sirkdə qorxulu anlar - Straus tamaşaçılara hücum çəkdi - VİDEO

Kazanda sirk tamaşası zamanı xoşagəlməz hadisə yaşanıb.

GunAz.az xəbər verir ki, tamaşa zamanı straus tamaşaçılara hücum çəkib. Səs-küydən hürkən nəhəng quş səhnədən tribunaya sıçrayıb. Hətta uşaqlardan birinə dimdik də atıb.

Sosial şəbəkədə yayımlanan görüntülər müzakirələrə səbəb olub. Strausun nəzarətdən çıxdığını görən təlimçi əvvəlcə başını tutub. Sonra özünə gələrək strausu səhnədən çıxarıb. Az sonra tamaşa davam edib.

Tatarıstan Səhiyyə Nazirliyi hadisə nəticəsində zərərçəkən olmadığını açıqlayıb. Sirkdən isə həmin quşun bir daha tamaşalarda iştirak etməyəcəyi bildirilib.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ