SON DƏQİQƏ
» » Xızı sakinindən silah-sursat və narkotik götürüldü

Xızı sakinindən silah-sursat və narkotik götürüldü

Tarix:

23-06-2018, 23:24

/ 10 311 dəfə oxundu.
Xızı sakinindən silah-sursat və narkotik götürüldü

Xızı sakinindən silah-sursat və narkotik götürülüb.

DİN-dən Gunaz.Az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər