SON DƏQİQƏ
» » Baba laqonda ilə nəvəsinin ayağını kəsdi-EHTİYATSIZLIQ

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi-EHTİYATSIZLIQ

Tarix:

21-06-2018, 08:50

/ 10 264 dəfə oxundu.
Baba laqonda ilə nəvəsinin ayağını kəsdi-EHTİYATSIZLIQ

Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət alıb.

Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44-də işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ