SON DƏQİQƏ
» » Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət aldı

Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət aldı

Tarix:

17-06-2018, 23:45

/ 10 365 dəfə oxundu.
Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət aldı

Sumqayıt şəhərində 51 yaşlı usta işlədiyi özəl obyektin damından yıxılaraq ağır xəsarət alıb.

Hadisə ötən gün axşam saatlarında şəhərin 18-ci məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Hacıyev Ramiz Məmmədağa oğlu 18-ci məhəllə ərazisində özəl obyektdə usta işlədiyi zaman hündürlükdən yıxılıb. Hadisəyə səbəb kimi, xəsarət alan şəxsin obyekt sahibi tərəfindən normadan artıq işlətməsi və heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi göstərilir.

Ramiz Hacıyev hadisədən sonra "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ