SON DƏQİQƏ

Elektrik xəttini oğurlayan şəxs tutuldu

Tarix:

13-06-2018, 20:22

/ 10 263 dəfə oxundu.
Elektrik xəttini oğurlayan şəxs tutuldu

İyunun 12-də Abşeron Rayon Polis İdarəsinə cari il mart ayının 26-da Hökməli qəsəbəsi ərazisində 2 min metrə yaxın elektrik xəttinin kəsilərək oğurlandığı barədə məlumat daxil olub.

DİN-dən Gunaz.az-a verilən xəbərə görə, pPolis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində strateji əhəmiyyət daşıyan mühüm dövlət əmlakını oğurlamaqda şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Polis idarəsində aparılan araşdırmalarla qəsəbə sakini, əvvəllər də məhkum olunmuş Heybət Dadaşovun digər cinayət əməlinin də üstü açılıb. Onun fevral ayının 23-də qəsəbə əarazisindəki evlərin birindən kombi aparatını oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ