SON DƏQİQƏ

Azərbaycanda məktəb ərazisi YANIR

Tarix:

13-06-2018, 12:23

/ 10 287 dəfə oxundu.
Azərbaycanda məktəb ərazisi YANIR

Biləsuvar rayonunda məktəb ərazisində yanğın başlayıb.
Gunaz.az report-a istinadən xəbər verir ki, rayonun Ağalıkənd kənd məktəbinin yaxınlığında olan şor kollektorundakı quru otlar yanıb.
Daha sonra isə yanğın məktəbin ərazisindəki quru otlara keçib.
Hazırda hadisə yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
скачать dle 12.1

Şərhlər