SON DƏQİQƏ
» » Meymun onun yuvasını yıxan insanlara hücum etdi - VİDEO

Meymun onun yuvasını yıxan insanlara hücum etdi - VİDEO

Tarix:

12-06-2018, 21:31

/ 11 180 dəfə oxundu.
Meymun onun yuvasını yıxan insanlara hücum etdi - VİDEO

Gunaz.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, İndoneziyada oranqutanq ekskavatora hücum edərək, ona meşəni qırmağa mane olmağa çalışıb. Heyvanın maşınla “əlbəyaxası” lentə alınıb.

Heyvanların xilas edilməsi təşkilatı “Internation Animal Rescue” (IAR) bildirir ki, sözügedən videoçarx hələ 2013-cü ildə çəkilib, lakin onu ötən həftə üzə çıxarmaq qərarına gəliblər.

Kadrlarda görünür ki, meymun ekskavatorun çalovunu tutmağa çalışır, lakin maşinist çalovu havaya qaldırır, nəticədə də müvazinətini itirərək yıxılır. Bundan sonra hirslənmiş heyvan maşinist kabinəsinə yönəlir. Lakin IAR aktivistləri meymunu dayandırırlar: onlar meymuna yatırdıcı iynə vuraraq, onu təhlükəsiz yerə aparırlar.

Təşkilat qeyd edir ki, bu cür hadisələr İndoneziyada tez-tez baş verməyə başlayıb. Meşələrin nəzarətsiz şəkildə kəsilməsi heyvanları meşəni tərk etməyə vadar edir, bu da tez-tez insanla acınacaqlı bitən münaqişəyə gətirib çıxarır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ