SON DƏQİQƏ
» » Saatlıda DƏHŞƏTLİ QƏZA: 6 nəfər xəsarət aldı

Saatlıda DƏHŞƏTLİ QƏZA: 6 nəfər xəsarət aldı

Tarix:

12-06-2018, 15:56

/ 10 393 dəfə oxundu.
Saatlıda DƏHŞƏTLİ QƏZA: 6 nəfər xəsarət aldı

Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində "VAZ 2105" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar Qaranuru kənd sakinləri - 1991-ci il təvəllüdlü Abışova Şəhanə Ələddin qızı, 1972-ci il təvəllüdlü Eynullayeva Zəminə İsrafil qızı, 1982-ci il təvəllüdlü Abışov Şahin Füzuli oğlu, 1967-ci il təvəllüdlü Urfanov Kamil Kərim oğludur. İki nəfərin kimliyi müəyyənləşdirilir. Xəsarət alanlardan vəziyyəti ağır olan 2 nəfər Bakıya göndərilib.

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ