SON DƏQİQƏ
» » Bakıda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü öldü

Bakıda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü öldü

Tarix:

12-06-2018, 11:19

/ 10 427 dəfə oxundu.
Bakıda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü öldü

Fövqəladə Hallar Nazirliyi qəza ilə bağlı məlumat yayıb.

Gunaz.az-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə, "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ