SON DƏQİQƏ

Təyyarədə bomba həyəcanı

Tarix:

11-06-2018, 23:21

/ 10 277 dəfə oxundu.
Təyyarədə bomba həyəcanı

ABŞ-ın “United Airlines” hava yolları şirkətinə aid sərnişin təyyarəsi İrlandiyada təcili eniş edib.

Gunaz.az “Irish Sun” qəzetinə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində bombanın olduğunu bildirən yazının aşkarlanmasıdır.

Həmin qeydin olduğu kağız parçası təyyarənin tualetində tapılıb. Enişdən sonra hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım dəstələri göndərilib.

Təxliyə olunmuş sərnişinlər yerli otellərə yerləşdirilib. Təyyarədə aparılan axtarış zamanı heç bir partlayıcı qurğu üzə çıxmayıb.

Qeyd edək ki, Şennon aeroportuna təcili eniş etmiş “Boeing 767-300” avialayneri Roma-Çikaqo reysi ilə uçurdu.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ