SON DƏQİQƏ

Sel daha bir kəndlə əlaqəni kəsdi

Tarix:

4-06-2018, 09:41

/ 10 236 dəfə oxundu.
Sel daha bir kəndlə əlaqəni kəsdi

Son günlər yağan leysan yağışları Ağsu rayonunda bir sıra fəsadlar törədib.

Gunaz.az  APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Ağsu cayı bir neçə istiqamətdə öz məcrasından çıxaraq Maşadqanlı kəndinin yolunu tamamilə dağıdıb. Nəticədə kəndin 1500 nəfər sakininin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolun dağılması nəticəsində kəndin elektrik və rabitə dirəkləri aşıb, içməli su və qaz xətti qırılaraq sıradan cıxıb. Bundan başqa çaya gələn güclü sel kəndin suvarma kanallarını da dağıdıb. 

Vəziyyətlə bağlı rayonun rəhbər şəxləri hadisə yerində olub və sakinlərlə görüşüb. Yaxın vaxtlarda yolun yenidən bərpa olunması istiqamətində işlərə başlanılacağı qeyd olunub.

Kəndə müvəqqəti gediş-gəlişi bərpa etmək üçün hazırda əraziyə texnikalar cəlb olunaraq alternativ yol çəkilişi aparılır.  

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ