SON DƏQİQƏ

Gədəbəydə ağır qəza - 2 ölü, 4 yaralı

Tarix:

4-06-2018, 09:13

/ 10 361 dəfə oxundu.
Gədəbəydə ağır qəza - 2 ölü, 4 yaralı

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.  

Gunaz.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. 

Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. 

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər