SON DƏQİQƏ
» » Zavoddakı yanğınla bağlı araşdırma aparılır

Zavoddakı yanğınla bağlı araşdırma aparılır

Tarix:

3-06-2018, 19:50

/ 10 324 dəfə oxundu.
Zavoddakı yanğınla bağlı araşdırma aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda zavodda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Gunaz.az-a verilən məlumata görə, iyunun 3-də Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.

ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. 

Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.
скачать dle 12.1

Şərhlər