SON DƏQİQƏ

Bakıda güclü yanğın

Tarix:

3-06-2018, 18:48

/ 10 322 dəfə oxundu.
Bakıda güclü yanğın

Bakının Binəqədi rayonu ərazisində yanğın başlayıb.

Bu barədə Gunaz.az-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğın hadisəsi rayonun 7-ci mikrorayon ərazisində, "Dərnəgül" metrostansiyasının arxasında təkər tullantıları olan ərazidə baş verib. Yanğın nəticəsində ərazidəki köhnə təkər topaları alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ