SON DƏQİQƏ
» » AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu

AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu

Tarix:

3-06-2018, 12:48

/ 10 310 dəfə oxundu.
AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu

AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quşla toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.
Gunaz.az xəbər verir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, "J2-080" İstanbul (IST) - Bakı (GYD) reysinin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edilib ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq. Şirkət yaranan narahatlığa görə səyahət edən sərnişinlərdən üzr istəyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ