SON DƏQİQƏ

Bakıda soyğunçuluq hadisəsi baş verib

Tarix:

2-06-2018, 15:11

/ 10 343 dəfə oxundu.
Bakıda soyğunçuluq hadisəsi baş verib

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Əliyeva Nəsimi rayonu ərazisində bir nəfərin zor tərəbiq edərək onun pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, ​Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində, naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ