SON DƏQİQƏ
» » Qız qaçırıldı: 200 nəfər arasında şiddətli dava...

Qız qaçırıldı: 200 nəfər arasında şiddətli dava...

Tarix:

27-05-2018, 22:37

/ 10 358 dəfə oxundu.
Qız qaçırıldı: 200 nəfər arasında şiddətli dava...

Türkiyənin Ərzurum şəhərində qız qaçırma olayından dolayı iki əşirət arasında qarşıdurma baş verib.

Gunaz.az xəbər verir ki, kütləvi dava Aşağı Sənaye səmtində qeyd alınıb. Qızın başına daşla zərbə endirildiyini iddia edən ailəsi qarşı tərəfə soyuq silahla hücuma keçib. Digər şəxslərin qoşulması ilə qarşıdurmanın miqyası genişlənib.

Məlumata görə, davada nə az, nə çox, düz 200 nəfər iştirak edib. Əraziyə xeyli sayda polisin cəlb edildiyi deyilir.

İlkin məlumata görə, şiddətli olay zamanı 17 nəfər yaralanıb, onlardan 2-si polisdir.

Polis faktla bağlı araşdırmalara başlayıb.(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ