SON DƏQİQƏ

“ZARA”nın işçilərinə hökm oxunub

Tarix:

23-05-2018, 16:24

/ 10 357 dəfə oxundu.
“ZARA”nın işçilərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri “ZARA” mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovaya hökm oxunub.

Gunaz.az bildirir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə 5 nəfərin hər birinə şərti cəza verilib və onlar istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq  pulunu mənimsəyiblər.  İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ