SON DƏQİQƏ
» » Kürdəmirdə avtomobil aşdı - Xəsarət alanlar var

Kürdəmirdə avtomobil aşdı - Xəsarət alanlar var

Tarix:

22-05-2018, 21:01

/ 10 302 dəfə oxundu.
Kürdəmirdə avtomobil aşdı - Xəsarət alanlar var

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Gunaz.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Kürdəmir rayonu Karrar qəsəbəsinin sakinləri - sürücü, 1991-ci il təvəllüdlü Əliyev Elvin Şəmsəddin oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Bayramlı Ceyhun Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər