SON DƏQİQƏ

Partlayış - 6 polis həlak oldu

Tarix:

21-05-2018, 09:45

/ 10 210 dəfə oxundu.
Partlayış -  6 polis həlak oldu

Hindistanın şərqində Maoçu üsyançılar tərəfindən yol kənarına yerləşdirilən bomba partlayıb.

Gunaz.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Çattisqarx əyalətində, Dantevada ərazisində baş verib. Partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub, daha 1 nəfər yaralanıb.

Hadisə yerinə gedən təhlükəsizlik orqanlarının əməkdaşları silahlıları tapmaq üçün əməliyyata başlayıb.

скачать dle 12.1

Şərhlər