SON DƏQİQƏ
» » Maşınla restorana girərək oğlunu öldürdü-FACİƏ

Maşınla restorana girərək oğlunu öldürdü-FACİƏ

Tarix:

21-05-2018, 09:20

/ 10 241 dəfə oxundu.
Maşınla restorana girərək oğlunu öldürdü-FACİƏ

ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub.

Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır.

скачать dle 12.1

Şərhlər