SON DƏQİQƏ
» » Bərdədə mal-qara kütləvi şəkildə qırıldı

Bərdədə mal-qara kütləvi şəkildə qırıldı

Tarix:

20-05-2018, 16:34

/ 10 445 dəfə oxundu.
Bərdədə mal-qara kütləvi şəkildə qırıldı

Bərdə rayonunda mal-qara arasında kütləvi tələfat olub.

Report xəbər verir ki, Mehdili kəndində yerli sakin Müslüm Məmmədova məxsus təsərrüfatda 20 baş iribuynuzlu heyvan tələf olub, daha 30 heyvan isə təhlükə altındadır.

Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb.

Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ