SON DƏQİQƏ
» » Göyçayda KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı

Göyçayda KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı

Tarix:

18-05-2018, 22:20

/ 10 526 dəfə oxundu.
Göyçayda KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.

Hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.

Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ