SON DƏQİQƏ
» » Alpinistlər Namin, Babur və Fəridə dəfn edildi

Alpinistlər Namin, Babur və Fəridə dəfn edildi

Tarix:

17-05-2018, 20:56

/ 10 728 dəfə oxundu.
Alpinistlər Namin, Babur və Fəridə dəfn edildi

Ötən gün meyiti tapılan üç alpinistdən biri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı Masallı rayonunda dəfn olunub.

Mərhum Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Quba rayonunda meyiti tapılan alpinist Namin Nizami oğlu Bünyatzadə dəfn edilib.

Report xəbər verir ki, N.Bünyatzadə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.

Dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

***

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynov dəfn edilib.

Report xəbər verir ki, B.Hüseynovun nəşi Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, B.Hüseynov Astara şəhərində doğulub, orta məktəbi bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olub və burada yaşayıb.

скачать dle 12.1

Şərhlər