SON DƏQİQƏ
» » Keçmiş deputat xanımın yaxın qohumu qətlə yetirildi – Təfərrüat

Keçmiş deputat xanımın yaxın qohumu qətlə yetirildi – Təfərrüat

Tarix:

15-05-2018, 11:02

/ 10 294 dəfə oxundu.
Keçmiş deputat xanımın yaxın qohumu qətlə yetirildi – Təfərrüat

Ucar rayonunda adam öldürməkdə, iki və ya daha çox şəxsi öldürməyə cəhddə təqsirli bilinən Nurlan İsayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gunaz.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il yanvarın 19-da gecə saat 23.30-da Ucar rayonunun mərkəzində, Heydər Əliyev prospektindəki evdə 1959-cu il təvəllüdlü Tehran Zahidov və onun oğlu, 1982-ci il təvəllüdlü Samir Zahidov bıçaqlanıb.

Ata və oğul bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tehran Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Samir Zahidovun isə həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Nurlan İsayev tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, qətlə yetirilən Tehran Zahidov SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Vəsilə Zahidovanın qardaşı oğludur.

İstintaq araşdırması zamanı cinayətin Zahidovlar ailəsinin yaşadığı evin yaxınlığında, Nurlan İsayevin həyətində törədildiyi məlum olub. Hadisə Nurlan İsayev və Samir Zahidov arasında minik avtomobili ilə bağlı baş vermiş münaqişə zəminində baş verib.

 

Nurlan İsayev ilkin dindirmələr zamanı Zahidovlarla aralarında münaqişənin yarandığını bildirib. Onun sözlərinə görə, hadisədən bir neçə gün öncə Samir Zahidovun avtomobilini qəza zamanı əzib.

Nurlan İsayev bildirib ki, bu səbəbdən Zahidovlara avtomobilin təmiri üçün pul borcu yaranıb: “Ancaq pulu vermə biməmişəm. Bu səbəbdən yanvarın 19-da axşam saatlarında Tehran və Samir Zahidovlar bizim qapıya gələrək pulu tələb etdilər. Pulum olmadığından Zahidovlar məni və ailə üzvlərimi təhqir ediblər. Bu zaman bıçaqla hər iki şəxsə xəsarət yetirmişəm”.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, Tehran Zahidovu öldürmək niyyəti olmadığını deyib.

İstintaq orqanı tərəfindən Nurlan İsayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Növbəti proses mayın 17-də davam edəcək.(Teleqraf.com)

 

скачать dle 12.1

Şərhlər