SON DƏQİQƏ

Sumqayıtda yol polisi həyatını itirdi

Tarix:

15-05-2018, 10:30

/ 10 322 dəfə oxundu.
Sumqayıtda yol polisi həyatını itirdi

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən "Ford" markalı maşınla toqquşub.

Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub.

X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər