SON DƏQİQƏ
» » Rusiyada gənc azərbaycanlı avtokarın altında qalaraq ölüb

Rusiyada gənc azərbaycanlı avtokarın altında qalaraq ölüb

Tarix:

15-05-2018, 08:40

/ 10 270 dəfə oxundu.
Rusiyada gənc azərbaycanlı avtokarın altında qalaraq ölüb

Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda 24 yaşlı Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Gunaz.az bildirir ki, hadisə mayın 14-ü səhər saatlarında Vokzalnı küçəsində yerləşən şampan şərabı kombinatında malların boşaldılması zamanı baş verib.

İlkin məlumata görə, o, yük paletini boşaltdıqdan sonra avtokarı anbardan üzü aşağı doğru arxaya verməyə başlayıb. Hansısa məqamda avtokar yana aşmağa başlayıb. Sürücü maşından çıxmağa çalışsa da, bunu bacarmayıb. Onun baş nahiyəsi ağır maşının altında qalaraq əzilib.

Həkimlərin sözlərinə görə, "təcili yardım" maşını gələnədək, o, artıq həyatını itirib.

Mərhumun bir neçə gün əvvəl 24 yaşını qeyd etdiyi bildirilir.

Leninqrad vilayətinin İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ