SON DƏQİQƏ
» » Topaz işçisi küçədə amansızcasına qət edildi – Cəza

Topaz işçisi küçədə amansızcasına qət edildi – Cəza

Tarix:

14-05-2018, 17:09

/ 10 395 dəfə oxundu.
Topaz işçisi küçədə amansızcasına qət edildi – Cəza

Sumqayıtda xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirli bilinən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gunaz.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun hər biri 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs edilib.

Təqsirlındirilən şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən Topaz bukmeker kontorunda işləyən Amal Nadirli ilə bağlı cinayət əlaqəsinə giriblər.

Onlar Amal nadirliyə hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə onu güdmək qərarına gəliblər.

Sentyabrın 24-də Kamran Qurbanov mobil telefon vasitəsilə dəstənin digər üzvlərinə zəng edərək Amal Nadirlinin obyektdən çıxdığını, taksi ilə getdiyini deyib. Dəstənin digər üzvləri Çingiz Babayevin avtomobili ilə onu təqib ediblər.

Sumqayıtda Nadirli taksidən düşərək avtobusa minib. Onu izləyən şəxslər növbə ilə müxtəlif dayanacaqlarda həmin avtobusa miniblər. Amal Nadirli avtobusdan düşərək bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edib, onu döyüb, ciblərini soyublar.

Onlar Amal Nadirlinin üzərində olan cəmi 550 manatı götürərək, hadisə yerindən qaçıblar.

Amal Nadirli xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək olmayıb.(Teleqraf.com)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ