SON DƏQİQƏ
» » Sel İsmayıllıda 7 kəndə ziyan vurub – VİDEO

Sel İsmayıllıda 7 kəndə ziyan vurub – VİDEO

Tarix:

12-05-2018, 21:12

/ 11 410 dəfə oxundu.
Sel İsmayıllıda 7 kəndə ziyan vurub – VİDEO

Dağlıq ərazidə yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnədaxar və Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

Gunaz.az ARB-yə istinadla xəbər verir ki, gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

İsmayıllı Lahıc yolu da dünən gecə güclü dolu ilə müaşhidə edilən yağış səbəbindən qaya parçalarının yola düşməsi nəticəsində bağlanıb.

Təbii fəlakət zamanı dəyən ziyan hesablanır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ