SON DƏQİQƏ
» » Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

Tarix:

6-05-2018, 23:16

/ 10 264 dəfə oxundu.
Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

Türkiyənin Ərzurum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlaşdığı zaman baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb.

Təyyarənin sərnişinləri təxliyyə olunub.

Hava gəmisi Ərzurum-İstanbul marşrutu ilə uçuşa hazırlaşırmış.

Yanğına benzin sızmasının səbəb olduğu deyilir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ