SON DƏQİQƏ
» » Azərbaycanda 8 cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycanda 8 cinayətkar dəstə zərərsizləşdirilib

Tarix:

3-05-2018, 23:33

/ 10 345 dəfə oxundu.
Azərbaycanda 8 cinayətkar dəstə zərərsizləşdirilib

2017-ci ildə ölkədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanıb.

Gunaz.az xəbər verir ki, Bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.

Qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 17 nəfərdən ibarət 8 cinayətkar dəstə zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

Qurbanlardan 68-i Azərbaycan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşlarıdır. Onlardan 43 nəfəri istismar məqsədilə Türkiyəyə, 9-u Birləşmiş Ərəb Əmirliyinə, 8-i Rusiyaya, 5-i Malayziyaya, 4-ü isə Pakistana aparılıb, 2 əcnəbi isə Azərbaycanda istismara məruz qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ