SON DƏQİQƏ
» » Mingəçevir Sənaye Parkının 4 işçisi zəhərlənib - Xəstəxanaya aparılıblar

Mingəçevir Sənaye Parkının 4 işçisi zəhərlənib - Xəstəxanaya aparılıblar

Tarix:

1-05-2018, 21:51

/ 10 497 dəfə oxundu.
Mingəçevir Sənaye Parkının 4 işçisi zəhərlənib - Xəstəxanaya aparılıblar

Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.

Gunaz.az "Report”a istinadən xəbər verir ki, hadisə “Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb. 

Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər