SON DƏQİQƏ
» » Qohumunun qapısını güllələyən şəxs tutuldu

Qohumunun qapısını güllələyən şəxs tutuldu

Tarix:

1-05-2018, 15:12

/ 10 294 dəfə oxundu.
Qohumunun qapısını güllələyən şəxs tutuldu

Aprelin 30-da Bərdə rayonunun Kələntərli kəndində yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Bu barədə  Gunaz.az -a DİN mətbuat xidmətindən məlumat verilib.

Baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ