SON DƏQİQƏ

Mağazadan pul oğurlayan şəxslər tutuldu

Tarix:

26-04-2018, 11:10

/ 10 245 dəfə oxundu.
Mağazadan pul oğurlayan şəxslər tutuldu

Xətai rayonunda mağazaya basqın edərək pul aparan maskalı şəxslər saxlanılıb.

Gunaz.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Hüseynzadə Fərid Nazim oğlu və Hacıyev Fərid Sərdar oğlu saxlanılıb. 

 

Xatırladaq ki, hadisə aprelin 22-də Mehmandarov küçəsi 75-də qeydə alınıb. Belə ki, 2 nəfər naməlum maskalı şəxs ərzaq mağazasına daxil olaraq Qafqaz Rüstəm oğlu Qəhrəmanovu bıçaqla hədələyərək kassada olan 230 manat pulu aparıblar. Zərərçəkən dərhal DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn əməliyyatçılar və müstəntiq ilkin müayinələr aparıblar, zərəçəkənin ifadəsi alınıb. 

 

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ