SON DƏQİQƏ

Yol qəzası: qadını maşın vurdu

Tarix:

25-04-2018, 14:07

/ 10 457 dəfə oxundu.
Yol qəzası: qadını maşın vurdu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, aprelin 24-də saat 13:00 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Nurlan Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Türkan Əvəzzadəni vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər