SON DƏQİQƏ

30 min dollar oğurlayan şəxs tutuldu

Tarix:

24-04-2018, 11:40

/ 10 214 dəfə oxundu.
30 min dollar oğurlayan şəxs tutuldu

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Gunaz.az -a verilən xəbərə görə, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A. Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub. 

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər