SON DƏQİQƏ

Gəncədə avtomobil 59 yaşlı kişini vurub

Tarix:

23-04-2018, 22:30

/ 10 266 dəfə oxundu.
Gəncədə avtomobil 59 yaşlı kişini vurub

Gəncədə avtomobil piyadanı vurub.

Gunaz.az APA-ya istinadən xəbər verir ki,  hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ