SON DƏQİQƏ

Tbilisinin məşhur restoranında YANĞIN

Tarix:

20-04-2018, 07:34

/ 10 230 dəfə oxundu.
Tbilisinin məşhur restoranında YANĞIN

Tbilisinin mərkəzində Meydan adlanan ərazidə yerləşən “Maçaxela” restoranında güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın restoranın dam örtüyündə başlayıb. Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 60-a yaxın yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib.

Qeyd edək ki, “Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.

Yanğın lokallaşdırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ