SON DƏQİQƏ

Torpaq sürüşməsi Şamaxı yolunu dağıtdı

Tarix:

18-04-2018, 19:26

/ 10 355 dəfə oxundu.
Torpaq sürüşməsi Şamaxı yolunu dağıtdı

Şamaxı rayonunda daha bir ərazidə torpaq sürüşməsi baş verib.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, son günlər havaların yağıntılı keçməsi nəticəsində Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.

Üç kəndi birləşdirən bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km aralıda yerləşir. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Sürüşmə belə davam edərsə yolda avtomobillərin hərəkətində çətinlik yarana bilər.

Qeyd edək ki, turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi-Lahıc yoluna birləşir.

скачать dle 12.1

Şərhlər