SON DƏQİQƏ

Narkotik və silah aşkarlanıb

Tarix:

18-04-2018, 12:36

/ 10 347 dəfə oxundu.
Narkotik və silah aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Daşqın Məhərrəmov saxlanılıb.

DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 2,5 qram heroin, 1,4 qram tiryək, 2 ədəd şpris və çətənə toxumları aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq marixuana, həmçinin 1 ədəd pnevmatik tüfəng, 1 ədəd beşbarmaq və 4 ədəd bıçaq aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.  

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ