SON DƏQİQƏ
» » Qanunsuz qida əlavəsini ölkəyə gətirən şəxs tutuldu

Qanunsuz qida əlavəsini ölkəyə gətirən şəxs tutuldu

Tarix:

17-04-2018, 15:37

/ 10 220 dəfə oxundu.
Qanunsuz qida əlavəsini ölkəyə gətirən şəxs tutuldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu fakt Urumçi-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18 min 322 ədəd qida əlavəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ