SON DƏQİQƏ

Yol qəzası baş verib - ÖLƏN VAR

Tarix:

17-04-2018, 14:21

/ 10 293 dəfə oxundu.
Yol qəzası baş verib - ÖLƏN VAR

Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Aprelin 16-da saat 11:00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus “KamAZ” markalı maşına vurub.

Nəticədə M.Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ