SON DƏQİQƏ

Sumqayıtda silsilə oğurluq edənlər tutuldu

Tarix:

15-04-2018, 17:37

/ 10 252 dəfə oxundu.
Sumqayıtda silsilə oğurluq edənlər tutuldu

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Gunaz.az xəbər verir ki, şəhər ərazisindəki sexlərin birindən təmir-tikinti aləti və akkumulyator oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlkin Feyziyev və Amil Rüstəmov saxlanılıblar.

Onların digər 2 sexdən və bir mərasim evindən akkumulyator, maqnitofon, elektrik naqili və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər